Bu gündən ölkə ərazisində avtomobilər üçün ştorka və jalüz mövsümü başlayır.
Bu barədə məlumatı MilliYol.Az-a Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov verib. Onun sözlərinə görə, mövsüm noyabrın 15-dək davam edəcək.
"Nəqliyyat vasitəsinin şüşələrinin görünüşünün məhdudlaşdırılması, şəffaflığın korlanması ilə əlaqədar pərdə, plyonka və digər örtüklərin quraşdırılaraq avtomobilin idarə edilməsi "Yol hərəkəti haqqında" Qanuna edilmiş 1 saylı əlavənin tələbinə əsasən, inzibati məsuliyyət yaradır.
İsti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa sağ-sol qapılarının şüşələrinə sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimələnəcək".
DYP rəsmisinin sözlərinə görə, bəzən sürücülər elə anlayırlar ki, icazə verildisə, görüntünü məhdudlaşdıran istənilən detallardan istifadə edə bilərlər. "Lakin bu belə deyil. Ancaq standartlara cavab verən dəyişiklikdən istiadəyə icazə veilir".
MilliYol.Az
Digər xəbərlər
loading...