"Traktorsazi" klubunun fanatı “Sepahan”la oyunda öz komandasına azarkeşlik etmək üçün 1200 km piyada yol gedib.
MilliYol.Az xəbər verir ki, Şəhriyar Abbasi “Traktorsazi” və Azərbaycana olan məhəbbətini göstərmək üçün Şərqi Azərbaycan vilayətinin Xudafərin şəhərindən İsfahanın “Nəqşicahan” stadionuna qədər olan məsafəni piyada 20 günə qət edib.
Aprelin 10-u səhər saat 4:00-da Xudafərindən yola düşən Şəhriyar Abbasi aprelin 30-da İsfahana çatıb. Onu İsfahanda rəqib komandanın azarkeşləri qarşılayıb. Ayaqları qabar bağlayan və gücsüz vəziyyətə düşən Abbasiyə elə rəqib komandanın azarkeşləri yardım edib.
Abbasi səfəri barədə yerli mətbuata danışarkən “Traktorsazi” və Azərbaycana olan məhəbbətini göstərmək üçün belə bir addım atdığını bildirib.
Şəhriyar Abbasi İsfahanda “Sepahan” komandası tərəfdarlarının ona yardımına görə öz təşəkkürünü bildirib: “İsfahana çatanda halım qalmamışdı. Ayaqlarım qabar bağlamışdı. “Sepahan” tərəfdarları məni qarşıladılar. Komandalarının həkimini yanıma gətirib ayaqlarımı müalicə elətdirdilər. Onlar bu hərəkətləri ilə əsl mərdlik nümayiş etdirdilər. Hamısına çox təşəkkür edirəm”. (axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...