Bu gün gecə saatlarında Beyləqan rayonunda daha ciddi təhlükə yarada biləcək yanğın hadisəsi baş verib.
MilliYol.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində olan həcmi 5 litr, və iki ədəd həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bununla da qaz balonlarının partlayış yaradaraq ciddi fəsad törətməsinin qarşısı alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...