Anders Aslund
"Projeсt Syndicate"
Vladimir Putinin Rusiyası Leonid Brejnev dövrünün sklerotik və durğun Sovet İttifaqına daha çox oxşamağa başlayır. Amma bir sahədə Putinin rejimi novator qalır: korrupsiya. Həqiqətən, Putinin hakimiyyətinin 18-ci ilində yeni klan kapitalizmi çox möhkəmlənib.
Son on il ərzində Putin Rusiya iqtisadiyyatının əsas renasionalizasiyasına nəzarət edir. 2005-ci ildə ÜDM-in dövlət sektoru 35%-dən 2015-ci ildə 70%-dək artıb. Bu, Leninin təbirincə, "əmr sahiblərinin"ölkə iqtisadiyyatına nəzarəti tam bərpa etməsi deməkdir.
Sanki hələ də dövlət şirkətləri, "Qazprom" və "Rosneft" tək enerji nəhəngləri müasir biznes qurumları kimi fəaliyyət göstərir. Onların korporativ idarəetmə qaydaları və siyasəti, nəzarət və idarəetmə şuraları və hətta səhmdarların illik görüşləri var. Onlar müstəqil beynəlxalq auditə məruz qalır, illik hesabatlarını dərc edir və müstəqil direktorları ilə şura iclasları keçirirlər.
Amma zahiri görkəm aldadıcıdır. Dövlət şirkətlərinin qaydaları və siyasəti sadəcə rəsmiyyətdir. Onlar hətta həqiqətən dövlət tərəfindən idarə olunmur. Əksinə, onlara kiçik bir qrup – Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, nazirlər və keçmiş KGB əməkdaşları – Putinin şəxsi nümayəndələri nəzarət edirlər.
Sistem özündə qədim qədim feodal modelinin nişanəsini daşıyır. Harvardlı alim Riçard Payps onu "Köhnə rejimin klassik Rusiyası"da təsvir edib: bu, feodallara nümayəndə vəzifələri verən hökmdara maksimum azadlıq vermədir. Əslində, Rusiyanın dövlət şirkətlərini çar mülkiyyətinin yeni modelinə çeviriliblər.
Beynəlxalq investorlar Rusiya səhmlərini alır, lakin böyük olmayan dividendlər qazanırlar. Səhmdar kimi təsirləri olmadan. Təəccüblü deyil ki, "Qazprom"un bazar kapitallaşması 2008-ci ilin mayındakı 369 milyard $ zirvəsindən bu gün 55 milyard $-a enib.
Dövlət korporasiyaları adlanan qurumların fəaliyyəti xüsusilə problemlidir. Qanuni olaraq bu firmalar, o cümlədən "Vneşekonombank" (VEB) və "Rostexnologii" (Rostek) müstəqil qeyri-hökumət təşkilatlarıdır. Lakin onlar dövlət vəsaiti və ya digər əmlakı ianə etmə vasitəsilə yaradılır: 2007-ci ildə altı belə korporasiya yaradılarkən, onlara 80 milyard $ aktiv və 36 milyard $ yeni dövlət vəsaiti verilib. Bu, həmin şirkətləri Putinin birbaşa nəzarəti altında qoyur.
Dövlət kapitalizmi, adətən, investisiya və texnoloji inkişafı üçün açıq idarəetmə strategiyaları ilə bağlıdır. Həqiqətən, Rusiyanın dövlət korporasiyaları guya ictimai maraqları irəli çəkməyə və ya ictimai rifahın yaradılmasına yönəldilib. Əslində, idarəçilər istədiklərini edir, məsələn, satınalma vasitəsilə dostları xeyrinə iş görür və ya qiymətli aktivlərini satışa çıxarırlar.
Rusiyanın iri dövlət şirkətlərinin sədaqətli icraçıları səmərəlilik, mənfəət və ya yenilikçi standartlarına cavab verib-verməməsindən asılı olmayaraq, uzun fəaliyyət müddətinə malikdirlər. "Qazprom"un Aleksey Milleri qədər heç kim daha çox dəyər məhv etməyib, lakin o, 16 ildir ki, şirkətin başında durur. 2013-cü ildə Millerin rəsmi əmək haqqı 25 milyon $ təşkil edib. Bu gün dövlət idarəçisinin nə qədər qazandığı bilinmir, çünki dövlət qulluqçularının gəlirləri artıq dərc olunmur.
Yüksək məvacib və dəbdəbəli feodal mülkiyyətləri müqabilində, Putinin lordları onun maraqlarını dəstəkləməlidir, xüsusilə rejimin yaşamasına təhdid meydana gətirən geosiyasi məsələlər yarandıqda. Məsələn, "Qazprom" itaətdən çıxan bəzi qonşulara qaz axınını kəsib. Ödəniş alsa da, Kreml bu üsulla və yüksək ticari qiymətlərlə onları cəzalandırmaq istəyir.
"Rosneft" Venesuela dövlət neft şirkətinə milyardlarla dollar borc verib və venesuelalıya məxsus ABŞ-ın "Citgo" neftayırma zavodunu girov götürüb. Ölkənin ağır iqtisadi vəziyyətini istifadə etməklə, onun neft yataqlarını istismar etmək istəyir.
Əlbəttə, Rusiyanın iqtisadiyyatı da güclü deyil. Lakin Putinin sistemi hətta neft icarəsi olmadan belə yaşa qabiliyyətli görünür. Putin, administrasiyasının "sistemli liberallar"ına hətta iri dövlət şirkətlərinin ağır büdcə məhdudiyyətləri tətbiq etmək imkanı verib. "Rosneft", məsələn, neft-kimya kimi ən yüksək qiymətləri məhv edən investisiyalarından imtina etməyə məcbur olub. Nəticədə, maliyyə sabitliyi davam edilə bilər. Hər halda, neftin bir barelinin qiyməti 50 $ civarında qalarsa, Rusiya neftinin rentabelliyi əhəmiyyətli dərəcədə qalacaq.
Buna baxmayaraq, bu sistemin qohumbazlıq ilə başlayan yeni çağırışları ortaya çıxır. Rusiyanın kapitalizmi ifrat zəngin adamlaran ibarət kiçik bir sinif doğurub. Onların uşaqları 30 yaşında yüksək dövlət vəzifələrinə sahib olub. Təəccüblü deyil ki, bu, gənc, qaniliyyətli və iddialılar arasında narazılıq doğurur.
Məsələn, Petr Fradkov, sabiq baş nazir Mixail Fradkovun oğlu 29 yaşında VEB sədrinin birinci müavini, Putinin sabiq qərargah rəisinin oğlu Sergey İvanov 25 yaşında "Qazprombank"ın birinci vitse-prezidenti (və 36 yaşında Rusiyanın dövlət almaz şirkəti "Alros"un prezidenti). "Rosneft" baş direktoru İqor Seçinin 25 yaşlı oğlu oğlu İvan Seçin "Rosneft"də şöbə müdirinin müavini oldu.
Əsrlər boyu davam edən bir sistem – Rusiyada kapitalizminin yeni modeli – Rusiyada qədim feodal sisteminin qəsdən yaşatmaq səyidir. Lakin zaman dəyişib. Gəlirlər kimi xaricdən gələn fikirlər, təhsil səviyyəsi də. Bugünkü dünyada belə bir sistem Rusiyanın ictimai-siyasi sabitliyinə həqiqi təhlükə yaradır.
Müxalifət lideri Aleksey Navalnı baş nazir Dmitri Medvedevin iddia edilən korrupsiyası haqqında sənədli film çəkdikdə, onu 20 milyondan çox insan seyr etdi. Ötən ay minlərlə adam 90 rus şəhərində korrupsiyaya qarşı etiraz etmək üçün küçələrə axışdı.
Putinin neo-feodal rejiminin əsasları dağıdıla bilər, hətta Sarayı hələlik bundan əsməcə tutmasa da…
MilliYol.Az
Digər xəbərlər
loading...