“Terror qruplaşmaları NATO üzvüdür? Xeyr. Onda biz niyə terror qruplaşmalarından yardım istəyirik”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Şimali Atlantik Alyansının sammitində bidirib.
Türkiyə prezidenti terrorçu PKK-nın Suriyadakı qolları “YPG” və “PYD”ni nəzərdə tutaraq ABŞ-ın onlardan terrorçu İŞİD qruplaşmasına qarşı istifadə etməsini qınayıb: “Biz NATO-da birlikdəyik. Onda niyə terror qruplaşmalarından yardım istəyirik. Terrora qarşı mübarizədə hər cür koalisiyada təmsil olunmağa hazırıq. Ancaq terror qruplaşmaları ilə əsla bir yerdə ola bilmərik. Çünki onlar bizim can düşmənimizdir. Türkiyə əvvəllər olduğu kimi Atlantik okeanının hər iki sahilində güclü və etibarlı bir ortaqdır. İttifaqa yeni güc vermək isə hamımızın bu mərhələdəki gücünə bağlıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...