"Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkandır"
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, bunu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartı üzrə konfransda çıxışı zamanı deyib.
F. Ələsgərov qeyd edib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir: "Bununla belə, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib. Bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən olunub. Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır".
MilliYol.Az
Digər xəbərlər
loading...