Göy cismlərinin insan həyatına böyük təsiri var. Şərqdə "Elmi-nücum", "Ulduz falı"və başqa adlarla adlandırılan bu elm əsla fal demək deyil. Çünki astrologiya da başqa elmlər kimi hesablamalara, müşahidələr əsasında mühakimələrə əsaslanır.
TİA.AZ-ın bu dəfəki qonağı Azərbaycanda ilk qadın astroloq olan Aynur Bağırova olub.
O, özü haqda belə məlumat verdi:"1978-ci il yanvarın 21-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşam. Bakıda oxumuşam, universiteti bitirişəm, ixtisasca biloloqam. Hazırda Neft Kimya Prosesləri İnstititunda elmi işçi və qrup rəhbəriyəm. Akademiyanın prezidenti akademik Akif Əlizadənin təşəbbüsü ilə “Elm dünyası”elmi-kütləvi jurnalında elm, təhsil və dinin vəhdəti ilə bağlı silsilə yazılarım çıxır. Təhsillə bağlı bir neçə kitaba redaktorluq da etmişəm.
Ailəliyəm, 3 oğul övladım var."
- Astrologiyaya olan maraq hardan qaynaqlanır?
- Bu maraq məndə 12-13 yaşlarına təsadüf edir. Azərbaycan 1991-ciildə müstəqillik əldə etdikdən sonra 1992-ci ildən yeni təhsil sistemi yarandı. Türk liseyləri inkişaf etməyə başladı. Mən “Türk dünyası” Atatürk liseyinin ilk məzunlarındanam. Biz ayrı bir sistemdən, Sovet sistemindən gəlmiş uşaqlar idik. Əslində bu sistem bizim üçün yeni bir sistem olsa da, biz buna çox tez uyğunlaşdıq. Düzünə qalsa, biz onlar üçün tapıntı idik. Çünki keçdiyimiz təhsil sistemi bizi hər şeylə məlumatlandırmışdı. Azərbaycan xalqı öyrənməyi çox sevir. Onlar bizə çox qəribə baxırdılar. Çünki hər şeydən çox məlumatlı idik. O dövrdə liseydə dini tarix dərsi keçməyə başladılar. Müsəlman olduğumuz üçün türklər bunu bizə bir dərs kimi keçirdilər. Təbii ki, biz Sovet rejimində yaşamışdıq və bu haqda çox da məlumatlı deyildik. Ancaq nənə və babalarımızdan nəsə eşidirdik, onlar da tam doğru-düzgün məlumat verə bilmirdilər. Sovet rejimində bunlara qadağa qoyulmuşdu.
Məndə çox böyük Allah sevgisi var. Mənim sezgilərim çox güclüdür. Sonralar öz doğum xəritəm haqqında öyrənəndə bunun nə ilə əlaqədar olduğunu anladım. O dövrdə Hüseyn adlı türk müəllimimiz bizə həm fəlsəfədən, həm də dini tarixdən dərs keçirdi. Bir gün dərs zamanı belə bir sual verdi ki, siz Allah dedikdə nə başa düşürsüz? Mənisə belə cavab verdim: “Ağlımıza gələn, ilk, çətin zamanlarımızda bizə kömək edəcək bir ilahi qüvvə varsa, o da Allahdır”. Müəllim məndən soruşdu: - Bunu hardan oxumusan? Dedim ki, heç bir yerdən oxumamışam. Əgər Allah haqqında bir qayda istəyirsizsə, mən bunu belə başa düşürəm. Bəlkə də oxumuşam, amma bilmirəm, sanki bu məlumat təhtəlşüuruma öncədən yazılmışdır. Bundan sonra müəllim mənə xüsusi bir diqqət ayırdı. Dinlə bağlı çox söhbətlərimiz olurdu, bununla yanaşı mübahisələrimiz qaçılmaz olurdu. Amma buna baxmayaraq, söhbətlərimiz çox maraqlı keçirdi.
Artıq biz o vaxt mükəlləf yaşda idik və həmin vaxt namaz qılma zamanımıza rast gəlmişdi. Namaz qılmaq, oruc tutmaqla bağlı heç bir məcburiyyət yox idi. Sadəcə olaraq, biz başa düşürdük ki, bir müsəlman kimi bunları etməliyik. Bizim sinfimizdə oxuyan uşaqlar hamısı bunu etmirdi. Kim dini necəanlayırdısa, elə davranırdı. İllər keçdikcə Allahla, dinlə, mənəviyyatla bağlı məvhumlar mənim içərimdə daha da böyüməyə başladı. Bu məhvum böyüdükcə, məndə səmavi elmlərə qarşı dərin maraq hissi yaratdı. Uşaqlıqdan səmaya baxmağı çox sevirdim.Tam anlamıyla nələr baş verdiyini başa düşməsəm də göylərdə bizə təsiredən qüvvələrin olduğunu hiss edirdim. Bu hiss getdikcə içimdə o qədər böyüdü ki, mən astrologiya elmini öyrənməyi qərara aldım. Artıq bu elmlə bağlı axtarışlarda idim. Astrologiya haqqında harda nə tapırdımsa, oxuyurdum. Kiçik, sadə bir formadan başladım. Yəni, hansı bürc hansı xüsusiyyətlərə malikdir, hansı bürc bir-biri ilə dost-düşməndir və s. bu kimi məlumatları araşdırmağa çalışırdım.
2002-cü ildə həyatımda astrologiya ilə bağlı başlanğıc oldu. Bir gün həyat yoldaşımla gəzinti zamanı qoca rus qadınla rastlaşdıq. Sonradan mən bunu analiz edəndə düşünürəm ki, bu, bir təsadüf deyil, bu, bir taledir. Bu qadın kitablar satırdı. Elə bir kitablar idi ki, ümumiyyətlə, satışda yox idi. Uzun zamanbürclərlə əlaqəli kitablar axtarırsam da heç nə tapa bilmirdim. Yalnız satışda sadə kitablar var idi. Həmin qadın Rusiyada yaşayırdı, qızının işi və ailəvəziyyəti ilə bağlı Azərbayacana, qızının yanına gəlmişdi. Sonradan həyatınd abaş vermiş bədbəxt hadisələrlə əlaqədər olaraq, Bakıda qalmış və ehtiyac üzündən bu kitablari satmağa məcbur qalmışdır. Bu kitablar astrologiya haqqında maraqlı kitablar idi. Marağımı gizlədə bilməyib soruşdum:
“Bu kitablar sizdə haradandır?”Dedi ki, mənim bacım uzun illər astrologiya elmi ilə məşğul olub, bu kitablarlar da onun işinə çox yarayırdı, artıq o həyatda yoxdur, əslində ehtiyac üzündən satıram. Amma sevinirəm ki, kitablar ehtiyacı olan insana qismət olur.
Bu kitablar mənim üçün bir tapıntı idi. Astrologiyayla bağlı nə qədər kitab varidisə, hamısını aldım. Bu kitabları oxuduqca məndə qəribə şeylər baş verməyə başladı. Daha da bu elmin dərinliyinə getmək istəyirdim. O kitabları neçə dəfələrlə oxumuşam. Hər dəfə oxuyanda özüm üçün bir şeylər kəşf edirdim. Bu kitablar artıq mənim məlumat kitabçama dönməyə başladi. Onların sayəsində suallara cavab tapa bilirdim, proqnozlar çox zaman doğru çıxırdı. İnternet dahada populyar bir hala gəldikdən sonra internetdən çox məlumatlar, suallarıma isə cavablar tapırdım. Artıq daha professional şəkildə bu elmə yanaşmağa başladım. Skaype vasitəsilə türk və rus astroloqlarından onlayn dərslərə, seminarlara qatılırdım. Bu gün mən astroloq müəllim Ali Güldən astroloji uzmanlıq dərsi alıram. Bu günkü hədəfimiz Vedik astrologiyası yəni Hind astrologiyasıdır. Ali müəllim hind astrologiyasının sirlərini mənə öyrədir. Hind astrologiyası o qədər dərindir ki, özüm özümü çətinliyə saldığımı düşünürəm. Əslində Ali müəllimi tapdığım üçün özümü çox şanslı sayıram. Hind astrologiyası mənə doğum xəritəsini oxumaqda çox kömək edir.
Hind astrologiyası ilə Avropa astrologiyası arasında fərq var. Avropa astrologiyasında Günəşi, hind astrologiyasında isə Ayı daha üstün tuturlar. Aralarında 24 dərəcə fərqlə bürclərin və planetlərin duruşu şərh olunur.
-Astrologiyada doğum xəritəsi nədir?
-Hər kəsin özünəməxsus doğum xəritəsi var. Astroloqlar gözəl bir söz deyirlər:"Göyün üzü necədirsə, yerin üzü də belədir". Yəni, göyün üzündə olan gərginliklər yerin üzündə də var və yaxud göyün üzü çox pozitivdirsə, planetlərin bir-biriləri ilə münasibəti gözəldirsə, yer də o vəziyyətdir. Biz bilirik ki, astrologiyada belə bir məfhum var. Zərərli planetlər, xeyirli planetlər vəbir-birini sevməyən düşmən planetlər. Onlar bir-biri ilə qarşı-qarşıya gəldikdə, transit olduqda onların neqativ təsirləri və yaxud pozitiv təsirləri olur. Bir insan dünyaya gəldiyi zaman onun doğum zamanında göyün üzündə olan planetlər hansı vəziyyətdədirsə, eynilə o insanın gələcək həyatında neqativ vəya pozitiv hadisələr baş verir. Doğum anınızda göy üzərindəki hərəkətlər bizim doğum zamanımıza iz qoyur. Bu artıq bizim taleyimizdir. Xəstəxanada uşaq doğulduğu an, ilk oksigeni alıb, ağladığı dəqiqədə göy üzündəki məlumatlar kodlaşıb insan bədəninə yerləşir. Bu o deməkdir ki, uşaq doğulduğu andan planetlərin təsiri altındadır. Sanki bir kompüterin yaddaşına hansısa məlumatlar yüklənir.
Astrologiya bizə bir neçə seçim verir. Başlanğıclar və bitişlər eynidir, dəyişmir. Başlanğıc nədir? Bizim doğum anımız... Biz doğulduğumuz zaman göyün üzün ecədirsə, bu artıq bizim başlanğıcımızdır. Bitiş nə deməkdir? Sonluq... Həyatın bitiş nöqtəsi, ölüm anı, yəni biz başlanğıcları və bitişləri dəyişə bilmərik.Doğum və ölüm zamanımızı Allahdan başqa heç kim bilmir. Astrologiya bizə başlanğıc və sonluq arasında seçimlər verir. Yəni, misal olaraq deyə bilərəm ki, bir insan üçün bu il planetlərin tranziti və yaxud yaratdığı bucağın təsirindən uğurlu ilidir. Astroloqa müraciət edib, astroloqda ona evlənmək və yaxud hansisa önəmli bir işini həmin ildə etməsini məsləhət görür. Əgər o zaman o insan üçün doğru zamanıdırsa, təbii ki, o gözəl bir nəticə alacaqdır. Seçimlər budur. O, bunu etməsə həyatında bir başqa yol seçəcəkdir. Sadəcə olaraq, biz ortada öz həyatımızı dəyişə bilərik. Həyatımızın hansısa bir zamanında dönüşlər ola bilər. Bu dönüşlər bizim üçün ya pozitiv, ya da neqativ təsirlər verir. Doğum anı, evlənəcəyimiz insan, həyatımızın sona çatacağı an, yaşayacağımız məkanlar çoxu zaman doğum xəritəsində qeyd olunur.
- Astrologiya öncəgörücülük kimi yozula bilərmi?
-Astrologiya öncəgörümlük deyil, falçılıq əsla deyil. Bu, riyazi hesablanmış bir elmdir. Güclü astroloq tərəfindən gələcəkdəki hadisələr haqqında proqnoz vermək olar. Astrologiya proqramları vardır ki, 100-300 il sonra planetlərin düzülüş formalarını belə göstərə bilir. İndi texnika yüksək səviyyədədir. İnternetdə, bunu hesablamaq üçün xüsusi proqramlar var. Astrologiyanı bilmək dinə şərik qoşmaq, Allahı inkar etmək deyil. Əksinə Allahı daha da tanımaqdır. Allah buyurub ki, mən elmi alimlərə vermişəm. Əbu-Reyhan Biruni çox dindar biri idi. Bununla yanaşı ilk ərəb astroloqlarından hesab olunurdu. O, hər zaman Qurani-Kərimi əsas tutmuş, Göy cisimlərinin bu qədər saat dəqiqliyi ilə hərəkət etdiyini və bunun Allah tərəfindən idarə edildiyini dəfələrlə yazılarında qeyd etmişdir. Bu, Allahın nəqədər böyük olmasını, nələrə qadir olmasını göstərir.
Günəş, Ay, planetlər və ulduzlar hər biri böyük bir əzəmətdir. Hər birində Allahın cizgisini, təsvirini görmək mümkündür. Allah buyurub ki, məni tanımaq istəyirsizsə, ətrafınıza, göylərə, təbiətə baxın. Biz bunlara baxdıqca görürük ki, Allah nə qədər böyükdür və möcüzələrlə doludur.
- Planetlər həyatımıza necə təsir edir?
- Planetlərin yaratdığı düzbucaqlar, sərtbucaqlar, mənfi - müsbət enerjilərə qədər onların hamısı bizim həyatımıza təsir göstərir. Bunlar hamısı bu elmlə açıqlanır. İllər keçdikcə yaddaş kartına yüklənmiş məlumatlar zaman-zaman, hər biri ortaya çıxır. Qarnımız acımasa, ağlımıza yemək gəlməz və yaxud aşiq olmasaq, sevgi hissi yaşamarıq. Biz nə zaman aşiq oluruqsa, həmin dövrdə sevgi planeti olan Venera (Zöhrə ulduzu) planeti yüksək olur və bizdə sevgi hissi yaradır. Döyüşkənlik, əzmkarlıq hissi yaradan isə Mars planetidir. Əgər Marsımız yüksədirsə, biz daha cəsarətli oluruq və yaxud tərs bucaq altında olduğu zaman biz daha dalaşqan, qəddar oluruq. Bunlar hamısı bizim xasiyyətimizə təsir göstərir. Biz elə bilirik ki, bunları biz edirik. Əsla belə deyil! Bu, planetlərin riyazi hesablamalarıdır. Bizim üzərimizdə olan güc yağışıdır. Eyni vaxtda dünyanın müxtəlif yerlərində, minlərlə uşaq dünyaya gəlir. Bunların hamısının taleyi eynidirmi? Xeyr, eyni deyil. Bir-birinə bənzəyən ikinci astroloji xəritə yoxdur. Düşünün ki, hər kəsin şəxsi barmaq izi kimidir. Doğulan uşaq eyni vaxtda, eyni zamanda, eyni saniyədə doğulmalıdır. Tutaq ki, həmin uşaqlar eyni vaxtda doğuldular və həmin uşaqların atası və anası da eyniinsan olmalıdır. Astrologiyada, doğum xəritəsində 12 ev deyilən bir anlayışvar. Bu 12 evin hər biri həyatımızın bir sahəsini göstərir. 12 evdən 1-i olan5-ci ev bizim uşaqlarımızı göstərir və uşaqların xəritəsində də onun anası haqqında məlumat 5-ci evdə yüklənmişdir. Deməli, burdan belə bir qərara gəlməkolar ki, hər bir uşağın anası haqqında müəyyən məlumat vardır və bu məlumat individual bir məlumatdır.
Bəzən mənə sual verirlər ki, uşaq qeysəriyyə kəsiri ilə dünyaya gəlib. Amma biz normal doğum gözləyirdik. Biz indi bu uşağın doğum xəritəsini, zamanını, bürcünü necə hesablayaq? Uşaq dünyaya gəldiyi gündən ilk oksigeni ciyərlərinə çəkdiyi dəqiqədən etibarən uşaqda doğum xəritəsi hesablanır. Həmin dəqiqə göyün üzü necədirsə, uşağın taleyi həmin andan sayılmağa başlayır. Hər kəsin ayrı həyat yolu var. Həyatımızdakı hadisələr, bizi yönəldən planetlərin tranzit planetlərlə qarşı-qarşıya gəldiyində verdiyi enerjilər qalxır- enir və bizi müxtəlif hadisələrlə qarşı-qarşıya qoyur. Tam anlamıyla tale dediyimiz şey həyatımızda baş verən hadisələr birə- bir bunlarla bağlıdır. Hər kəsin şəxiyyət vəsiqəsi kimi doğum xəritəsini bilmə haqqı vardır. Çünki biz hər zaman onların təsiri altındayıq. Yaxşı və ya pis təsir- fərq etməz. Biz onların enerjisi ilə yönəldilmişik. Onlar bizdən necə xəbərdardırlarsa, biz də doğum xəritəmizdən xəbərdar olaq ki, həyatımızda nələrin baş verəcəyini öyrənək. Hardasa zamanlamamızı düzgün tutaq ki, həyatımızı az da olsa yönləndirə bilək.
- Artıq 2017-ci ilin ortasındayıq. İli sonuna kimi necə şərh edərdiz?
- 2016-cı il dekabrın 19-da Merkuri retrosu ilə başlamışdıq və artıq yeni ilə Merkuri retrosu ilə girmişik. Bu ilə daha nostaljik və keçmişi xatırlamaq hissiilə start verdik. Merkuri retrosunda gündəm necə idisə, Merkuri planeti nəyiəhatə edirdisə, rabitə, bir- biri ilə danışıq, mediada yazılar, internet məktublaşmalarda hansı problemlər var idisə, ilin sonuna kimi həmin problemlər qayıdıb, bizim qarşımıza yenidən çıxacaq. 2017-ci ildə gözlənilmədən evlilik və yaxud boşanma qərarları ola bilər. Pozitiv və yaxud neqativ şəkildə yeniliklərçoxdur. Gözlənilməzlik üstünlük təşkil edəcək.
11 Fevralda Aslan bürcündə yaşanacaq ay tutulması oldu. 7 Avqustda yaşanacaq Dolça bürcündə də ay tutulması var. Tutulmalar həyatımızda önəmli dəyişikliklərə səbəb olur. Bəziləri iş yerlərini, bəziləri isə evini dəyişir. Həmin dövrlərdə adi günlərlə müqayisədə daha ağır enerjilər vardır. Onlar da 11 Fevraldan birhəftə qabaq artıq öz təsirlərini göstərməyə başladı. Tutulmaların bitişi bir həftə sonra olur. 26 fevralda isə Balıq bürcündə günəş tutulması oldu. 4 mart-15 aprel tarixləri arasında isə Venera retrosu yaşandı. Bu enerji işdən tutmuşşəxsi həyatımıza qədər bir çox sahəyə təsir göstərir.
Bugün 26 apreldir. Yeni Ay Buğa bürcündə doğacaq. 30 gün ərzində Buğanın xüsusiyyətlərini üzərimizdə hiss edəcəyik. Buğa bürcü madiyyat bürcü olduğu üçün bir ay maliyyə ilə bağlı işlər gündəmdə olacaq. 3 May Merkuri retrosunun bitməsi, bir-biri ilə dost olan 3 torpaq ünsürlü bürclər Buğa, Qız və Oğlaq son 2 ayda əziyyətlərə son qoyub əməklərinin bəhrəsini görəcəklər. Ay hər bürcdə 2 gün qalır və Buğa bürcündə də yüksəlişdədir.Ona görə də, sadalanan bürclər 27 və 28 aprel tarixlərində bunu hiss edəcəklər.
Bir şeyi nəzərinizə çatdırdırıram ki, 26 aprel Merkuri günündə Hamal ulduzu Yeni A yilə boğaz infeksiyalarının və qrip xəstəliklərinin daha da çoxalmasına səbəb olacaqdır. Bununla əlaqədar olaraq özünüzü xəstəliklərdən qorumağınız təklifolunur.
- Retrolar nə deməkdir?
- Astroloji dildə Retro bir planetin geriyə getməsi deməkdir. Əslində normal halda heç bir planet geri getmir. Biz dünyadan baxdığımızda planetlərin fırlanma gücüdünyanın fırlanma gücündən daha yavaş bir vəziyyətdə olduğu üçün sanki gerigedirmiş hissi verir. Ay və Günəşdən başqa bütün planetlər geri hərəkət (Retro)edə bilir. Planetlərin retro zamanı enerjiləri düşür. Bəzi problemləryaradırlar. Hər planetin geri getmə zamanı müxtəlifdir. Məsələn,Venera retrosu zamanı40 gündür.
Venera- sevgini, gözəlliyi, komfortu, madiyyatı, ikili münasibətlərimizi vəhaqqı-ədaləti təmsil edən bir planetdir. Retro zamanı enerji zəiflədiyi üçün 40 gün ərzində bu mövzular ətrafında problemlər yaşanır. Misal üçün özümüzü çox da bəyənmirik, xüsusən də qadınlara aiddir. Qadınlar plastik əməliyyata üstünlük verə bilərlər. Amma bunu etməsinlər. Çünki retro onları yanlış yola çəkə bilər və istədikləri nəticəni almayacaqlar. Münasibətlərdə bəzi problemlər yaşana bilər. Venera retrosunda toy, nişan olunması tövsiyə olunmur. Çünki həmin müddətdə insanlar düzgün qərar verə bilmirlər. Qarşısındakı insanı o qədər gözlərində böyüdürlər ki, retro bitdikdən sonra doğrunu görürlər, bu da peşmançılıq hissi yaradır.
Statistikaya görə, ən çox boşanan insanlar Venera retrosunda evlənmiş cütlüklərdir. Merkuri retrosunda isə insanlar bir-birləri ilə anlaşa bilmirlər. Ünsiyyət problemi yaşayırlar. Merkuri ünsiyyətlə bağlı texnikanı da təmsil etdiyi üçün cihazların gözlənilmədən xarab olmasına səbəb olur. Əslində bəzi astroloqlar retro zamanlarında həyəcan təbilləri çalırlar. Amma mən düşünürəmki, retro zamanı bizim keçmişdə olan bəzi problemlərimizi həll etmək üçün ideal zamandır. Planetlərin retrosu bizə bu imkanı verir.
- Numerologiya nədir?
- Numerologiya kaintda gizli,rəqəmsal bir sistem içərisində olduğu və hər bir şeyin təsadüfən olmadığını anladan bir elmdir. Alimlər bu rəqəmsal sistemdə kainatda gizlənmiş, bilinməyən gizli məqamları ortaya çıxarmağa çalışırlar. Bundan belə bir nəticəyə gəlmək olar ki, bəşəriyyət bir riyazi düzülüşə malikdir. Hər bir rəqəmin öz frekansıvardır. Kaintada bu ağlasığmaz quruluş düzəni və şifrələri numerologiya ilə tapırlar. Bəzi rəqəmlər var ki, onlar mistik rəqəmlər kimi tanınır. 11, 19 rəqəmi. 1 rəqəmi özü ayrı-ayrılıqda mükəmməlliyi, hər şeyin başlanğıcını,böyüklüyü göstərir. 11- rəqəmi bir yerdə ikiqat mükəmməlliyin kvadratı anlamına gəlir. Yəni ikiqat yüklənmiş, ikiqat yaradılış, mükəmməlik. Bir haqqında nə düşünürüksə, 11 haqqında həmin şey yan-yanadır. 1+1=2 etdiyi üçün həyat ikili bir sistemdə, sanki neqativ- pozitiv, ağ- qara kimi anladılır. Bunun bir tərəfi vardır. Astrologiyada göstərilir ki, 11 rəqəmi nə qədər xoşbəxtçilik, nə qədərmükəmməlik anlamındadırsa, bir o qədər də əksi olan, bədbinlik, kədər, gücsüzlük kimi də anladılır.
19 rəqəmi isə kainatda möcüzə rəqəmi kimi sayılır. İndiyə qədər din xadimləri bunun üzərində çox mübahisəli fikirlər yürüdüblər. Amma yenə də çox dəlillər var. Bir-iki misalla dəyəbilərəm ki, “Bismillah” sözünün ərəbcə yazılışında onun əbcəd dəyəri 19 hərfdir.Yəni, 19 rəqəmi yek, tək olan mənasındadır. Hesablamada 1+9=10 edir. 1+0=1 burdan 1 rəqəmi çıxır ki, bu da tək olan Allah anlamına gəlir. 19 rəqəminina stronomiyada da önəmli yeri var. Məsələn, Ay və Günəş hesblamalarına görə, 19 ildən bir onlar arasında uyğunlaşma yaranır. 235 Hicri-Qəməri ayı 19 il Günəş ilinə tam şəkildə uyğunlaşır. Dünyada Ay və Günəş hər 19 ildən bir eyni vəziyyətdə ola bilir. 19 ildən bir yaranan bu vəziyyətə Meton dairəsi deyilir.
- Bürclərə uyğun gələn daşlar haqqında məlumatlar oxuyuruq. Ümumiyyətlə, daşların bürclərə hansı təsirləri var?
- Hər bir daşın özünün birmənası, enerjisi, gücü vardır. Günəşin bir yeri var, ayın bir başqa yeri. Təbiətdə hər bir şey bir-birini əvəzləyərək, mükəmməl şəkildə düzənlənib. Daşlarda olan enerjilər də müxtəlif cürdür. Bir insana tərs düşən, ona uyğungəlməyən daşlar da var. Mənim öz daşım mavi sapfirdir. Talismanım, qoruyucudaşım mütləq məndə dəri ilə təmasda olmalıdır, nə sırqa, nə üzük şəklində olmamalıdır. Məhz boyunbağı şəklində olmalıdır ki, daim dəriylə təmasada olsun.Əslində bu daşların çoxusu çakralarla əlaqəli bir şeydir. Bu da tamam ayrı bir sahədir.
- Bu gün Azərbaycanda astrologiyanın necə görürsünüz?
- Azərbaycanda bu gün astrologiya yox səviyyəsindədir. Çünki astrologiya məktəbi yoxdur. Astrologiya ilə bağlı kitabları tapmaqda çətinlik çəkirəm. Kitabları xarici ölkələrdən gətizdirir, yaxud internetü zərindən sifariş verirəm. Əlbbətdə, bu məni çətinliyə salır. Kitablar mənə çatana qədər vaxt, zaman itirirəm. Bu da mənim bəzi məlumatları vaxtında almağıma əngəl törədir. Ən böyük arzum Azərbaycanda astroloji məktəb yaratmaq və insanlara bu elmin sirrlərini öyrətməkdir. Kitablarla bağlı hər zaman problem yaşadığım üçün azərbaycan dilində ulduzlar, planetlər birləşimi və onların insan həyatına təsiri haqqında kitab yazmağı düşünürəm. Əminəm ki, bu kitab hər kəsin marağına səbəb olacaq və insanların məlumat kitabçasına çevriləcək. Onlar az da olsa özləri haqqında məlumat toplaya biləcəklər.
MilliYol.Az
Digər xəbərlər
loading...