“Azərbaycanda növbəti iki gün ərzində güclü külək əsməyəcək”
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində sakit hava şəraiti müşahidə olunur: “Növbəti iki gün ərzində də hava şaraitində mühüm dəyişiklik gözlənilmir”.
G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində Azərbaycanda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: “Artıq iki gündür ki, ölkə ərqazisində qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur. Lakin bu gündən, yəni aprelin 26-dan etibarən hava şəraiti mülayimləşəcək. Növbəti iki gündə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...