ABŞ Prezidenti Donald Trump, Kanadadan idxal edilən bəzi taxta məhsullarına orta hesabla 20 faiz gömrük vergisi tətbiq edib
Trump rəhbərliyinin ilk gömrük vergisi üçün Meksika və ya Çin yerinə Kanadanı hədəf alması təəccüb yaradıb.
“Marja” xəbər verr ki, ABŞ Ticarət Nazirliyi etdiyi açıqlamada, Kanadadan idxal edilən yumşaq taxta məhsullarına 3 ilə 24 faiz arasında dəyişən nisbətlərdə gömrük vergisi tətbiq edildiyini bildirib.
Gömrük vergisi 25 Aprel Çərşənbə axşamından etibarən tətbiq olunmağa başlanıb. Açıqlamada Kanadanın taxta-şalban ixracatçılarının dövlətdən aldığı stimullar ilə haqsız rəqabət yaratdığı qeyd edilib.
Bəyanatda, həmçinin keçən il Kanadadan bütövlükdə 5 milyard 660 milyon dollarlıq yumşaq taxta-şalban məhsulu idxal edildiyi məlumatına yer verilib.
Trump rəhbərliyinin seçki kampaniyası boyu haqsız rəqabət, valyuta manipulyasiya və dempinq ilə ittiham etdiyi Çin və Meksikadan əvvəl Kanadanı hədəf alması sürpriz kimi dəyərləndirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...