Fransanın “Le Figaro” qəzeti isə Makron və Le Peni qrip və vəbaya bənzətdi
İnqilabçı fransızlar 1789-cu il inqilabının ruhuna uyğun surətdə yenə də mövcud status-kvoya və köhnəlmiş siyasi sinfin nümayəndələrinin əleyhinə səs verdi.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Qərb mətbuatının Fransadakı prezident seçkiləri ilə bağlı ümumi rəyi bu yöndədir.
Fransa seçkiləri yeni siyasi parçalanmanı üzə çıxardı”, - ABŞ-ın The Washington Post qəzetinin yazarı Enn Eplbaum yazır.
Müəllif 2-ci turda üz-üzə gələcək rəqiblərin proqramlarını müqayisə edərək növbəti raundu belə səciyyələndirib: “Açıqlıq qapalılığa, inteqrasiya izolyasiyaya, gələcək keçmişə qarşı...”
Almaniyanın “Der Spiegel” qəzetinin yazarı Ştefan Simons isə sistem partiyalarının məğlubiyyətini əsas götürərək son seçkiləri Fransanın siyasi partiya sistemi üçün qırılma nöqtəsi adlandırır.
Ştefan Smons da fransızların hazırkı status-kvo-un əleyhinə səs veridiyni təsdiq edir. O, növbəti turda Emmanuel Makronun qalib gələcəyini bu tərzdə ifadə edib:
“Birinci turda fransızlar hissləri ilə hərəkət edərək səs verdilər. 2-ci turda isə siyasi faydalılıq düşüncəsinə əsasən qərar verəcəklər. Qısaca ifadə edilsə əvvəlcə hissləri ilə seçim etmək, daha sonra isə ağılla uyğun olmayanları kənarlaşdırmaq...”.
“Makron və Le pen Fransanın gələcəyi ilə bağlı iki müxtəlif baxışı təmsil edirlər”, AlmaniyanınTagesspiegel qəzeitnin yazarı Albrext Mayer yazır.
Lakin onları birləşdirən bir nöqtə var: hər ikisi Fransanın alışılmış partiya sistemini tamamilə dəyişdirmək niyyətindədir.
Müəllif Marin Le Pen və Jan Lük Melanşonun simasında Avropa Birliyinin əleyhinə çıxan qüvvələrin 40%-dən çox səs topladığını təəssüflə qeyd edir:
“İkinci turda kimin qalib gəlməsindən asılı olmayaraq fransızların Avropa Birliyi ilə bağlı bu qədər mənfi nüanslarla bağlı olduğunu görmək olduqca xoşagəlməz hissdir. Bir prezident kimi Makronun qarşısında öz vətəndaşlarını Avropa Birliyi ilə barışdırmaq kimi çətin vəzifə durur”.
İtaliyanın La Repubblica qəzeti həm solçuların, həm də Emmauel Makronun xaç atası hesab edilən, yəhudi əsilli iqtisadçı Jak Attalinin fikirlərini dərc edib.
Attali Makronu Fransanı idarə etmək üçün yetişdirilmiş lider olduğunu bildirib. O, yetirməsinin kənd Fransası ilə (əksəriyyəti Le Penə səs verib) böyük səhərlərin Fransası arasında konsensusun əldə olunması üçün yeganə adam olduğunu düşünür.
Jak Attali olduqca gənc olmasına rəğmən Makronun Avropa Birliyini bölmək isətəyən Donald Tramp, Vladimir Putin və Si Tzinpin kimi liderlərə qarşı dayan biləcək avtoritetə və iradəyə sahib olduğunu bildirib. “Bütün böyük fatehlərin hamısı 30 yaşlarında olublar”, fransız boz kardinal öz şagiridni göylərə qaldırıb.
Fransanın sağ təmayüllü “Le Figaro” qəzetinin iki namizəd arasında müqayisəsi olduqca maralıdır. Qəzet liberal-solçu Emmanuel Makrona verilən siyasi dəstəyi belə ifadə edib:
“Əlbəttə qriplə vəba arasında seçmək etmək qarşısında qalınsa o zaman tərcihin hansı yöndə olacğını indidən təxmin etmək çətin deyil”.
“Le Figaro” bu gedişatla fransız sağının millətçi hərəkat içərisində əriyəcəyi və bunun nəticəsində Milli Cəbhənin ölkənin alternativ siyasi gücünə çevriləcəyindən narahatlığını ifadə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...