"Azərbaycanda neft hasilatı hər il 7-10% azalır"
MilliYol.Az "APA-Economics"-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib
"Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir. "Əsrin Müqaviləsi" imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, "Şahdəniz" yatağı işə salınarkən isə 92 dollar idi. Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb", - deyə V.Bəylərbəyov bildirib.
SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, SOCAR bu layihələrdən 120 mlrd. dollar gəlir əldə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...