Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
MilliYol.Az Virtualaz.org-a istinadən məlumatına görə, müzakirəsi gözlənilən məsələlərdən biri - Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi iclasın gündəliyindən çıxarılıb.
MM sədri Oqtay Əsədov bildirib ki, həmin məsələnin yerinə Əziz Seyidovun Ali Məhkəməyə üzv seçilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi bəzi maddələr üzrə cərimələrin artırılmasını, cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Onu da qeyd edək ki, iclasın gündəliyinə Əmək, İnzibati Xətalar, Miqrasiya, Mənzil, Mülki, Vergi və Gömrük Məcəllələrinə, o cümlədən "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında", "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər olmaqla 30-dan çox məsələ daxildir.
MilliYol.Az
Digər xəbərlər
loading...