Tovuz rayon icra başçısının müavini Mahir Həsənov işdən çıxarılıb.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Sevinc İltifatqızı sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb.
“Qafqazinfo”nun Tovuzdakı mənbələri Mahir Həsənovun işdən bir neçə gün öncə çıxarıldığını bildirsələr də, onun vəzifəsindən hansı səbəbə kənarlaşdırıldığı ilə bağlı məlumat verməyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...