Arzu Sabancı oğlu Hacı Sabancının Özge Ulusoydan ayrılmasından danışıb.
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, bir neçə gündür, bütün Türkiyə mətbuatı Özge Ulusoyun Hacı Sabancıdan ayrılmasından danışır. Hacı Sabancı açıqlamasında bir çox məsələlərdə fikir ayrılıqları olduğu üçün münasibətlərini bitirdiklərini deyib.
İddialara görə, milyarder xanımı Arzu Sabancı oğlunun modellə birlikdə olmasına qarşı çıxıb. Bu səbəbdən ayrılıqda Arzu xanımın təqsirkar olduğu deyilir. A.Sabancı oğlunun 6 illik sevgilisindən ayrılmasına çox üzüldüyünü deyib: “Bir ana kimi oğlumu xoşbəxt görmək, sevdiyi insanlarla birlikdə olmasını istərdim. Bu ayrılıq məni həm incidir. Həm də günahkar tərəf kimi göstərilməyi özümə qarşı alçaldıcı hərəkət və hörmətsizlik olaraq görürəm. Oğullarımızın sevdiyi insanlar bizim baş tacımızdır. İnsanların bu məsələni mənimlə əlaqələndirməsinin səbəbini anlamıram. Gənc bir qadının sevgilisinin ailəsi tərəfindən qəbul edilmədiyini deyirlər. Bununla köhnə türk filmləri tərzi melodram yaratmaq istəyirlər. Bu da müəyyən insanların xoşuna gəlir. Oğlunu sevdiyi qızdan ayırmağa çalışan ana kimi qələmə verilmək məni incidir. Hər ikisi yetişkin insandır, öz münasibətlərini yaşayır və qərarlarını özləri verirlər. Biz isə onlara yalnız xoşbəxtlik və sevdikləri insanlarla bir ömür keçirmələrini arzulaya bilərik”.
MilliYol.Az
Digər xəbərlər
loading...