Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə azərbaycanlı hərbçilərinin də iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərini izləyiblər.
Türkiyənin yeni baş naziri Binəli Yıldırım ve Baş qərargah rəisi Hulusi Akar da təlimləri müşahidə ediblər.
Qeyd edək ki, təlimlər quruda, suda, havada həyata keçirilir. Türkiyənin yerli istehsalı olan Atak helikopterləri də təlimlərə qatılıb. İzləyicilərə həyəcanlı anlar yaşadan təlimlər zamanı havadan şərti düşmən hədəfləri vurulub, həmçinin gəmilərdən hücumlar təşkil edilib. (baku.ws)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...