ABŞ-ın məxfi xidmətinin əməkdaşları keçmiş prezidentin 18 yaşlı qızı Maliya Obamanı təqib edən və ona evlilik təklifi etmək istyən şəxsi saxlayıb
AzVision.az “New York Daily News” qəzetinə istinadən xəbər verir ki, bu, 30 yaşlı Nyu-York sakini Ceyl Nilton Kardosodur.
Nəşr bildirib ki, saxlanılan şəxs əvvəllər də Ağ Evin ərazisinə girməyə cəhd göstərib. Belə ki, aprelin 10-də o, Milyanın Nyu-Yorkda təcrübə keçdiyi binaya daxil olaraq onunla evlənməsi üçün ucadan yalvarıb. Hadisədən iki gün sonra isə onu izləməyə başlayıb.
Məxfi xidmətin əməkdaşları kişi ilə söhbətdən sonra onun ruhi sağlamlığında problemlərin olduğunu aşkar edib. Kardoso ekspertizadan keçirilməsi üçün klinikaya göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...