Aktrisa Sevinc Əliyeva “Gəlin danışaq” verilişinin qonağı olub
Axşam.az-ın məlumatına görə, aktrisa rejissor əri Fuad Əlişovdan ayrılması ilə bağlı sualları cavablandırıb:
“Qismət... Həyatda hər bir şey olur. Həyat davam edir. Heç kim sabahından sığortalanmayıb. Ailə qurmuruq ki, sabah boşanaq. İki insan bir-biri ilə bədbəxt yaşayırsa, qoy ayrılıqda xoşbəxt yaşasınlar”.
S.Əliyeva hazırda övladlarına başı qarışdığını deyib:
“Komersiya filmləri çəkilən ərəfədə mən hamilə oldum, hər şeydən uzaqlaşdım. Çox geri düşdüm. Amma indi təklif gəlsə, ola bilər. Hazırda övladlarıma başım qarışıb. Onlar birinci sinfə hazırlaşırlar. Çox çətindir bu hazırlıq prosesi”.
Qeyd edək ki, ötən il boşanan cütlüyün üç övladı var.
MilliYol.Az
Digər xəbərlər
loading...