Bakıdakı özəl tibb mərkəzlərinin birində xoşagəlməz hadisə baş verib. Ölkə.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə tibb mərkəzinin rentgen şöbəsinə müraciət edən 35 yaşlı Nərminə Məmmədova (ad şərtidir) şöbənin həkimi tərəfindən zorlanıb.
Qadın polisə müraciət edib. Həkim dərhal polisə çağırılıb.
Artıq məlum olub ki, 35 yaşlı Nərminə Məmmədova (ad şərtidir) "Diaqnoz" tibb mərkəzinin rentgen şöbəsinin müdiri Çingiz Məmmədovdan şikayətçidir. N.Məmmədova Ç.Məmmədovu onu zorlamaqda ittiham edir.
Ölkə.az ittihamlarla bağlı rentgen şöbəsinin həkimi Çingiz Məmmədovla danışıb. Həkim qadının ittihamlarının yalan olduğunu söyləyib: "Həmin söhbət iki ay əvvəl baş verib. Qadın mənə şər atırdı. Guya ki mən onu zorlamışam. Əslində, elə bir şey olmamışdı. Məsələ araşdırıldı və məlum oldu ki, belə bir şey baş verməyib".
MilliYol.Az
Digər xəbərlər
loading...