“Forbes” jurnalı Rusiya rəsmiləri və onların zəngin qadınlarının adını açıqlayıb.
MilliYol.Az axar.az-a istinadən xəbər verir ki, siyahı Rusiya Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Dövlət Dumasında çalışan şəxslərin xanımlarını əhatə edib. Siyahı 2016-cı il üçün dövlət rəsmilərinin gəlirləri haqda açıqlanan rəsmi deklarasiya əsasında yaradılıb.
Ən varlı xanım Rusiya Dövlət Dumasının deputatı Aleksandr Nekrasovun xanımı Yelena Nekrasova seçilib. Onun illik gəliri 646 milyon rubldur.
İkinci yer 225,1 milyon rublla Lüdmila Vorobveya tutub. Bu qadın Rusiya Federasiya Şurasının nümayəndəsi Vorobyevin həyat yoldaşıdır.
İlk onluğu Kreml sözçüsü Dmitri Peskovun xanımı tatyana navka tamamlayıb.
17-ci sırada qərarlaşan xanım haqqında məlumat Azərbaycan oxucusu üçün daha böyük maraq kəsb edir. Belə ki, Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçin azərbaycanlı həyat yoldaşı Zümrüd Rüstəmova Kremlin ən zəngin xanımları sırasında 17-ci pillədə qərarlaşıb. Ötən il Z.Rüstəmovanın rəsmi gəliri nə az, nə çox - düz 60,5 milyon rubl təşkil edib (Bundan əvvəlki il 24,8 milyon rubl idi).
Qeyd edək ki, Z. Rüstəmova “Polimetal” mədən şirkətinin baş direktor müavinidir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...