Yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı 15229,7 milyon manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 1570,0 manata bərabər olub
Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft-qaz bölməsində isə 6,8 faiz azalıb.
Bu dövrdə ümumi daxili məhsulun 7094,3 milyon manatı sənayedə, 1823,1 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 milyon manatı tikintidə, 1006,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1931,3 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə 1072,6 milyon manat olub.
MilliYol.Az
Digər xəbərlər
loading...