MilliYol.Az lent.az-a istinadən xəbər verir ki, bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər.
Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Turan Tovuz” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma, deyəsən, işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər.
Bildirilir ki, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.
MilliYol.Az