İnflyasiyanın yüksələcəyi barədə gözləntilərin azalması ilə əlaqədar olaraq treyderlərin FED-in iyun ayında faiz artıracağına dair gözləntiləri də azalır.
MilliYol.Az "Marja"ya istinadən xəbər verir ki, "Bloomberg" tərəfindən toplanan bir göstəriciyə görə, aprel ayının əvvəllərində 60 faiz səviyyəsinin üzərində olan iyunda faiz artırılacağı ehtimalı təxminən 44 faiz səviyyəsinə enib. İnvestorlar, proqnozu ödəyə bilməyən mart ayı məşğulluq göstəricisindən və inflyasiyanın sürpriz şəkildə düşməsinin ardından, ABŞ iqtisadiyyatının gücünə və FED-in 2017-ci ildə ildə üç dəfə faiz artırıb-artıra bilməyəcəyinə dair narahatlıq keçirir. Donald Trump-ın söz verdiyi vergi güzəştləri və infrastruktur xərclərinin hələ də reallaşmamış olması da investorları məyus edən digər bir vəziyyətdir. İnvestorlar FED-in iyunda faiz artıracağına şübhə etməyə başlayıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...