«Alphabet Inc.» şirkətinin «Google» axtarış mühərriki Rusiyanın antiinhisar qurumuyla anlaşıb
Bu o deməkdir ki, artıq «Yandex» yerli axtarış mühərriki də Android qurğularına öncədən yazılacaq.
Bu barədə «Bloomberg» agentliyi yazır. Yəni, «Google» Android telefon istehsalçılarına icazə verəcək ki, «Yandex» kimi üçüncü xidmətləri də öncədən qurğulara yazsınlar.
«Google» Rusiyadakı xidmətlərini Android əməliyyat sistemindən ayıracaq və 438 milyon rubl (7.8 milyon dollar) cərimə ödəyəcək. Rusiyanın TASS xəbər agentliyi yazır ki, bu cərimə «Google»un 2014-cü ildə Rusiya qazancının 9 faizi qədərdir. Bununla bağlı Federal Antimonopoliya Xidmətiylə razılaşma əldə olunub. Razılaşmanı Moskva Arbitraj Məhkəməsi təsdiqləyib.
Antiinhisar xidməti 2015-ci ilin oktyabrında «Google»un inhisar qaydalarını pozduğunu bildirib, mobil qurğu istehsalçıları ilə razılaşmaları dəyişdirmə tələbini qoyub. «Google» həmin qərardan apellyasiya şikayəti vermişdi. Dünənki razılaşmadan sonra «Yandex»in Nyu Yorkda səhmlərinin dəyəri artıb, Moskvada saat 4:48-də 5.1 faiz yüksələrək 23.92 dollara çatıb. «LiveInternet» portalına görə, «Yandex»in Rusiyada onlayn axtarış sistemindəki payı 55, «Google»unku 40 faizdir. «Yandex» «Google»un Android sistemindəki payının 38 faiz olduğunu bildirir.
MilliYol.Az
Digər xəbərlər
loading...