Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) ölkədə aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək
Lent.az “Sözcü”yə istinadən xəbər verir ki, partiya sədrinin köməkçisi Bülent Tezcan bu gün yerli vaxtla saat 14:30-da referendumun nəticələrinin ləğvi ilə bağlı tələbnaməni komissiyaya təqdim edəcəyini deyib.
CHP-nin ləğvlə bağlı tələbinin əsasında isə 2,5 milyon möhürsüz bülletenin etibarlı sayılması dayanır. Partiyadan bildirilib ki, ilk etapda nəticələr ləğv edilməsə, Ali Məhkəməyə və Avropa məhkəməsinə müraciət edəcəklər.
MilliYol.Az
Digər xəbərlər
loading...