Sabiq millət vəkili Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycanda özünə və ailəsinə məxsus bütün əmlaklarını satışa çıxarılması məsələsinə aydınlıq gətirib
MilliYol.Az Strateq.az-a istinadən bildirir ki, Elton Məmmədov Ziya Məmmədovla bağlı yayılan məlumatların kökündən yanlış olduğunu deyib:
"Bu, şaiyədən başqa bir şey deyil. Yersiz və həqiqətə yaxın olmayan bir məsələyə vaxt ayırmağa dəyməz. Ziya Məmmədovdan başqa Azərbaycanda şəxsiyyət yoxdur? Axı, kimə neyləyib? Bu qədər qərəz olar?".
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin yazdığına görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlakları- hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.
Qəzet yazılıb ki, Məmmədovlar bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüz hesab edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...