Fazil Havrami
"Al-Monitor"
"Bu gün İran İŞİD-in "xilafəti" layihəsi ilə döyüş və qarşıdurmanın ön cəhbəsində dayanır və İslam şəhərlərində 90-dan çox silahlı milis qruplarına sponsorluq edir".
İŞİD-in bu yaxınlarda yaydığı videoçarxda belə deyilir və əhalisinin böyük əksəriyyəti şiə olan İran müsəlman dünyasında parçalanma mənbəyi kimi təsvir olunur.
Martın sonlarında peyda olmuş "Fars torpağı: dünəndən bu günə" adlı 37 dəqiqəlik klipdə İŞİD-çilər "İslam Respublikasının sünnilərə qarşı törətdiyi cinayətlər"i sadalayır və "qardaşlar"ını Tehrana qarşı silah mübarizəyə səsləyirlər. Deyirlər ki: "Farslara qarşı müharibəmiz başlayıb… O cümlədən İrandakı sünniləri bu müharibəyə səsləyirik… və biz sizə arxa olacağıq".
İŞİD-in rüsvay edilməsində İranın mühüm roluna baxmayaraq, bu terror qrupu Yaxın Şərq, Avropa və ABŞ-dan fərqli olaraq, İslam Respublikası daxilində hər hansı bir hücum həyata keçirə bilməyib.
1979-cu ildə təməli qoyulandan İslam Respublikası daim daxili və xarici təhdidlər altında olub. Nəticədə, daxili təhdidlər ilə məşğul olan səmərəli kəşfiyyat və müşahidə şəbəkəsi yaradılıb. Xarici təhdidlərə baxımından, İran onlarla qonşu ölkələrdə mübarizə aparmağa üstünlük verir və müxtəlif vasitəçilərə, o cümlədən regiondakı şiə, sünni və dünyəvi qruplara dəstək verir.
Bəlkə də xarici təhdidlər ilə məşğul olmaq üçün bu strategiyanın ən güclü aspekti İranda bu qərarların qəbul edilməsi prosesinin sadələşdirilməsidir.
2014-ci ilin yayında Ağ Evi İraqda İŞİD-ə qarşı hərbi müqavimətə sövq edən ABŞ dövlət katibi köməkçisinin müavinini Brett MakQurk iranlı general Qasim Süleymanini təbrik etməli idi. Çünki İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Qüds" qvardiyasının möhtəşəm komandanı Calavla və Diyala vilayətində ağır artilleriya yerləşdirmişdi.
"Mən mümkün qədər aqressiv cavab seçənəyini müdafiə edirdim, çünki vəziyyətin necə acınacaqlı olduğunu bilirdim. Belə ki, məsul olanlar… siyasi həll tələb edənlər, fikrimcə, onların ağılları yerində deyildi", – bir sənədli filmdə MakQurk belə xatırlayır.
2012-ci ildən İŞİD və digər qruplarla mübarizə aparan Q.Süleymani İŞİD-in İrana yönəlik təhlükələrini bilirdi və İslam Respublikasının bu təhlükə ilə mübarizə strategiyasını təqdim etdi: "İŞİD – bütün dünya üçün vəba və ağır fəlakətdir. Xalqımızın təhlükəsizliyini qorumaq üçün sərhədlərimizi təcrid etməli və bu xərçəngin ölkəmizə yayılmamasından ötrü qonşu dövlətlərə yardım etməliyik".
İran rəsmiləri bu strategiyanın uğurlu olduğunu və İŞİD-in bu ölkəyə hücumlar həyata keçirə bilmədiyini qeyd edirlər. Amma Süleymaninin xəbərdar etdiyi xərçəng artıq İrana yayılıb və Tehran regionda xarici təhlükələrlə məşğul olarkən peşmançılıq çəkə bilər.
"Əl-Qaidə" "cihadçılar"ının işğal olunmuş Əfqanıstandan çıxmağa məcbur edilməsilə bitən ABŞ liderliyi ilə 2001-ci ildəki müdaxilədən başlayaraq, ABŞ qüvvələrinin İraqı tərk etdiyi 2011-ci ilə qədər, hər iki ölkədə koalisiya qüvvələri və ABŞ-ın qan axıtması üçün İran, bəzi məlumatlara görə, öz ərazisinin "cihadçılar"ın tranzitinə çevrilməsinə göz yumdu. Deyilənə görə, sələfilər Əfqanıstan sərhədinə yaxın şərq vilayətlərindən İranın sünni mərkəzinə sərbəst hərəkət edirdilər. Tehran "cihadçılar"ın zorakılığa əl atmasınadək onlara dözümlü yanaşdı.
2001-ci ildən bəri İranın qərbində sələfi "cihad" ideologiyasını qəbul gənc kürdlərin sayı çoxalıb və bir çox iranlı kürdlər Türkiyə vasitəsilə İraq və Suriyadakı İŞİD-çilərə qoşulmağa cəhd ediblər.
Kür KİV-lərinin məlumatına əsasən, 2014-ci ilin yayında İranın kürd rayonlarındakı bəzi İŞİD təəssübküşləri bayram ovqatında olublar. İŞİD-in son videosunda da bəzi silahlıların kürd olduğu anlaşılır.
İran daxilindəki dünyəvi kürd fəallar tez-tez İran Kürdüstanının bəzi hissələrinin (əvvəllər "Cəbhət əl-Nusra" kimi tanınan) "Cəhbət Fəth əl-Şam" tərəfdarlarının küçə döyüşləri məkanına çevrilməsindən şikayətlənirlər. Həqiqətən, İran KİV-lərində İŞİD ideologiyasına sadiq kürdlər və təhlükəsizlik gücləri arasında qarşıdurmalar haqqında bir sıra məlumatlar var.
Sələfi "cihadçılar" deqradasiya olunduqca, İraq və Suriyada öz ərazilərini itirdikcə, döyüş və kəşfiyyat bacarığını itiləyən İrandakı bəzi sünnlər dövləti üçün təhlükə yaradırlar.
İranın sünni din alimi Tövhid Qureyşi 2013-cü ilin payızında iki iranlı ilə yanaşı, Türkiyədən keçərək Suriyanın şimalında səyahət edib. O, əvvəllər Əfqanıstan sərhədinə yaxın ərazidə dini fəaliyyət göstərib, sonra sünni vaiz olub İranın şimal əyaləti olan Gilanın bir kəndində məskunlaşıb.
30 yaşlı Qureyşi İŞİD-ə qoşulub, Suriyanın şimalında yüksək vəzifəli İŞİD-çilərlə görüşərək, altı ay qrupun tərkibində qalıb. Lakin sonradan sələfi "cihadçılar"ın arasında qəddar üsullar onda şübhələr yaranıb. O, İŞİD və "əl-Nusra" arasında ilk döyüşlərdə iştirak edib, lakin tezliklə məyus olaraq, 2014-ci ilin yazında İrana qayıdıb və həbs edilib . "Əsas səbəb insanların qətlə kimi orada [Suriya] törədilən cinayətlər idi… Mən insanları müdafiə etmək və zülm qarşı müqavimət üçün getmişdim", – Qureyşiishi bildirib.
Qureyşi hazırda İranda yeddi il həbs müddəti çəkir.
İran sünniləri İŞİD və digər sələfi qrupların ideologiyasını rədd edərkən, hökumətin bəzi represiv addımları daha gənc sünniləri bu qruplara sürükləyir və "cihadçı"lar bundan gen-bol faydalanırlar. "İran yəhudiləri hökumətin himayəsi altında təhlükəsiz yaşayır, Tehranda və İsfahanda onların sinaqoqları var", – mart ayında İŞİD-in yaydığı videoda deyilir və əsasən Tehranda cəmləşmiş İran yəhudiləri ilə 1 milyon sünninin vəziyyəti müqayisə edilir. "Tehranda sünnilər üçün bir məscid belə yoxdur", – klipdə deyilir. Halbuki İran paytaxtında doqquz sünni məscidi var.
"Bu sələfi düşüncə gündən günə artır. Mən "Taliban" dövründən bəri onun artdığını görürəm. Bu hərəkətı dayandırmanın mümkün olduğunu düşünmürəm", – deyə həbsxanada verdiyi müsahibəsində Tövhid Qureyşi xəbərdar edib.
Tərcümə: Strateq.az
MilliYol.Az
Digər xəbərlər
loading...