Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, İ. Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.
Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov, mətbuat xidmətinin rəis müavini vəzifəsinə isə O. Mansurzadə təyin edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...