İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb.
MilliYol.Az avropa.info-ya istinadən xəbər verir ki, aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb.
Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktı İmişli polisi də təsdiqləyib.
Artıq gəlinin toyu günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb. Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq, gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.
Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.
MilliYol.Az
Digər xəbərlər
loading...