Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə son günlər “Hacı Cavad” məscidi ətrafında baş verənlərə münasibət bildirib.
MilliYol.Az "Report"a istinadən xəbər verir ki, şeyxülislam görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə keçirilən tədbirdə ölkə dindarlarının dövlətimizin, onun rəhbərinin ətrafında sıx birləşdiyini diqqətə çatdırıb:
“Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər. Onların nə həmin məscidlə, nə həmin məhəllə ilə heç bir aidiyyəti yox idi. Prezident həzrətləri məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək".
QMİ sədri bildirib ki, prezident dindarlara verdiyi sözə həmişə əməl edib: "Bu gün Zərifə xanımın xatirəsi anılan mərasimdə Azərbaycanda yaşayan digər dinlərin təmsilçiləri də iştirak edir. Bunun özü ölkəmizdəki birliyin, tolerantlığın, həmrəyliyin göstəricisidir. Dindarlarımız bu həmrəyliyi pozmaq istəyən qüvvələrə heç vaxt imkan yaratmayacaqlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...