“Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir”
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, "European Tobacco Baku" (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur.
Deputat qeyd edib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır:
“Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”.
Deputat Tahir Kərimli isə bildirib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır.
“18 yaşına çatmayanların tütündən istifadə etməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...