Rusiya prezidenti Vladimir Putin azərbaycanlı milyarder Vahid Ələkbərovla görüşündə onun rəhbərlik etdiyi şirkəti "LUKOYL"u tərifləyib
Novo-Oqaryevoda keçirilmiş görüşdə Vladimir Putin bildirib:
"Yalnız Rusiyada deyil, həm də beynəlxalq müstəvidə "LUKOYL" şaquli inteqrasiya edilmiş iri neft-qaz şirkətlərindən biridir. Dünya üzrə hasilatın iki faizi "LUKOYL"un payına düşür, Rusiyada, mənim fikrimcə, hasilatın 18 faizi, ehtiyatın 12 faizi bu şirkətin payına düşür", - deyə Vladimir Putin vurğulayıb.
Vahid Ələkbərov isə bunun cavabında şirkətin Xəzər hövzəsində istismara açdığı yeni obyektlərdən danışıb: "Siz Xəzərdə iri yatağın açılmasında iştirak etmisiniz. Biz onu uğurla işə saldıq və hazırda yetərincə yüksək neft hasilatı səviyyəsinə çıxmışıq",- deyə "LUKOYL" prezidenti vurğulayıb.
Vahid Ələkbərov Xəzərlə bağlı yeni layihələrdən də danışıb: "Bu il biz Xəzər hövzəsində yeni platformalar da işə salacığıq".
Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloci xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Maceyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir.
Vahid Ələkbərov 2017-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 74-cü yeri tutub. Ələkbərovun sərvəti 14,5 milyard dollar həcmində qiymətləndirilir. (istipress)
MilliYol.Az
Digər xəbərlər
loading...