Azərbaycan Mərkəzi Bankı (AMB) yay aylarında uçot dərəcəsini endirməyə başlaya bilər
Report bildirir ki, dolların məzənnəsinin sabitləşməsi, dünya bazarında neft qiymətlərinin yüksəlməyə davam etməsi, Azərbaycanın yeni iqtisadi konyunkturaya uyğunlaşması, maliyyə sabitliyinin bərpa edilməsi fonunda AMB uçot dərəcəsinin endirilməsi məsələsinə baxa bilər. Qeyd edək ki, AMB ən son 2016-cı il sentyabrın 14-də uçot dərəcəsini 9,5%-dən 15%-ə yüksəldib.
Azərbaycanda pul kütləsinin həcminin optimallaşdırılması dollara olan tələbatı getdikcə aşağı salır. Məhz dünən Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Azərbaycanın 2017-ci ilin ilk rübündə idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 17,1% azalma göstərib. Əksinə, ixracın həcmi isə 49,2% artıb.
"Amma qeyd etmək lazımdır ki, dolların məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşərsə, o zaman AMB-nin depozit və notlara, eləcə də kommersiya banklarının isə əmanətlərə görə 15% kimi yüksək gəlirlilik ödəməsi imkansız olacaq. Faizlərin endirilməsinə başlanması və dolların məzənnəsinin sabitləşməsi əhalinin dollar aktivlərindən tədricən imtina etməsinə gətirib çıxaracaq", - deyə analitiklər qeyd ediblər.
Analitik qrup ilin sonuna qədər əmanətlərdə dollarlaşma dərəcəsinin cari 80% səviyyəsindən 50%-ə enəcəyini proqnozlaşdırır. Faizlərin azaldılmağa başlaması əhalinin daha uzun müddətə və yüksək faizlə əmanət yerləşdirməsinə, nəticədə kommersiya banklarının manatla kreditləşməni bərpa etməsinə gətirib çıxaracaq.
MilliYol.Az
Digər xəbərlər
loading...