"Lider" telekanalında yayımlanan "Çıxış Yolu" verilişində gəlin qayınatasını ona nalayiq təkliflər etməkdə günahlandırıb.
Quba rayonunun Şuduq kəndindən olan Gülsəhər adlı qadın iddia edib ki, həyat yoldaşının atası ona xoşagəlməz təkliflər edib. Qayınata isə öz növbəsində gəlinin iddialarını rədd edib.
Proqrama ekspert qismində dəvət olunmuş tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarova canlı yayımı yarımçıq tərk edib:
"Hər kəs bilir ki, mən emosional insanam. İstəmirəm burada artıq sözlər olsun. Ona görə də burada yoxam, gedirəm".
Qeyd edək ki, öncəki proqramlarda Gülsəhərin qayınatası gəlinini oğluna xəyanətdə günahlandırmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...