Rayon DYP-nin Fariz Əliyev adlı işçisi sürücülərə göz verib işıq vermir.
Ağcabədi rayon DYP işçisi vəzifəsindən istifadə edərək sürücülərə gah sürət həddini aşma, gah kəməri taxmamaq, gahda hansısa zolağın tapdalanması adı altında cərimələr yazır, daha doğrusu cərimə yazmaq təhdidi altında sürücülərdən rüşvət alır.
Son illər rayonlarda fəaliyyət göstərən dövlət yol polis işçilərinin bəzi qanunsuz hərəkətləri barədə mətbuatda mütəmadi olaraq məlumatlar getməkdədir. Mətbuat vasitəsi ilə edilən şikayətlər Daxili İşlər Nazirliyi və Dövlət Yol Polis Xidmətinin rəhbərliyi tərəfindən araşdırldığını və lazımı tədbirlər görülərək problemlərin aradan qaldırıldığınıda qeyd etmək olar. Ancaq yenədə rayonlarda fəaliyyət göstərən bəzi DYP işçilərinin vəzifələrindən sui-istifadə etmələri barədə şikayətlər var.
AzFakt.com-a daxil olan məlumata görə Ağcabədi rayon DYP işçisi polis serjantı Əliyev Fariz Yusif oğlu vəzifə borcunu yerinə yetirərkən bir çox sürücülərə qarşı haqsızlıq edərək onlara qeyri-qanuni cərimələr yazır. Beyləqan və Ağcabədi rayonlarında taksi fəaliyyəti ilə məşğul olan sürücülərin verdiyi məlumata görə Fariz Əliyev bir gündə eyni avtomobili iki, hətta üç dəfə saxlatdıraraq cərimə yazır, ya da buna cəhd edir. Halbuki həmin sürücülər yol hərəkəti qaydalarını pozmurlar. Çoxsaylı xahiş, minnətdən Fariz Əliyev kiçik hörmət qarşılığında cərimədən vaz keçdiyi bildirilir.
Ağcabədi rayon DYP işçisi vəzifəsindən istifadə edərək sürücülərə gah sürət həddini aşma, gah kəməri taxmamaq, gahda hansısa zolağın tapdalanması adı altında cərimələr yazır, daha doğrusu cərimə yazmaq təhdidi altında sürücülərdən rüşvət alır. Sürücülər iddia edirlər ki, çox vaxt onlar hər hansı bir qanun pozuntusu etməsələr belə, Fariz Əliyev onları saxlatdıraraq əsassız cərimə yazmağa çalışır və qarşı tərəfi qətiyyən dinləmək belə istəmir. Belə hadisə demək olar ki, ay ərzində bir neçə dəfə təkrarlanır.
Faktiki olaraq sürücülərə şər ataraq pul toplamağı özünə yol seçən Fariz Əliyevi isə durduran yoxdur. Fariz Əliyev bu fəaliyyətindən şikayətçi olan taksi sürücüləri qeyd edirlər ki, DYP işçisi bəzən onlara heç kəsdən qorxmadığını və “ürəyiniz kimə istəyir gedin şikayət edin”, ifadəsini işlətməkdən belə çəkinmir. Göründüyü kimi Ağcabədi rayon DYP-nin bu kiçik polis serjantı gözdən uzaq könüldən iraq bir yerdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətlə məşğul olur. Buna son verəcək bir dövlət vəzifəlisinin olmaması isə ancaq təəssüf hissi doğurur.
MilliYol.Az
Digər xəbərlər
loading...