Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.
Bu barədə Trend-ə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.
Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...