“Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran, neft gəlirlərinin azalması və manatın devalvasiyasından sonra prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar daha da davamlı xarakter alıb”
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Caspian Energy Forum-2017″-də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Qurum rəhbəri qeyd edib ki, ölkə başçısı son dövrlər gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb.
DGK sədrinin sözlərinə görə, DGK-nin təşkil etdiyi xidmətlərin elektronlaşdırılma səviyyəsi 100%-dir.
“10 təşkilat artıq bizim təşəbbüsümüzlə “yaşıl dəhliz”dən istifadə edə bilir”, – deyə o bildirib.
A. Əliyev artıq sərhədlərdə və hava limanlarda “Tax free” sisteminin tətbiq edildiyini də vurğulayıb. O qeyd edib ki, artıq ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini təqdim edərək ƏDV-ni geri ala bilirlər.
O əlavə edib ki, cari ilin ilk rübündə DGK xətti ilə dövlət büdcəsinə 571 mln. manat vəsait köçürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 154 mln. manat çoxdur: “Göründüyü kimi, gömrük orqanları büdcə proqnozlarını artıqlaması ilə əməl edib”.
A. Əliyev onu da bildirib ki, bu ilin üç ayında Azərbaycandan meyvə-tərəvəz ixracı 73% artıb, idxal isə 17% azalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...