Biləsuvar rayonu Dərvişli kəndində həmkəndlisi tərəfindən döyülən molla İzzətulla Məmmədov danışıb. Məmmədov bildirib ki, onun 27 yaşlı Sima Əliyeva (ad şərtidir) eşq yaşadığı və buna görə döyülməsi barədə deyilənlər həqiqəti əks etdirmir:
"Mənim dörd qızım, ailəm, nəvələrim var. Özüm də ibadətlə məşğul olan adamam. Təzəlikcə mollalığa başlamışam. Bu söz-söhbət mənim karyerama ləkə yaxmaq üçündür. O xanımla biz qonşuyuq, boşanıb. Amma aramızda heç nə olmayıb. Öz həyat yoldaşıma nə olub ki? Bir də ki, başa düşmürəm, sevmək nə vaxtdan cinayət olub? O hansı maddəylə qadağandır ki? İnanın ki, aramızda elə söhbət olmayıb və ola da bilməz. Bütün bu söhbətlər məni gözdən salmaq üçündür".
İ.Məmmədov bildirib ki, onu S.Əliyevanın dayısı Elşən Eyvazov və dayısı Elşadın oğlu döyüb, əynindən paltarını cıraraq çıxardıblar.(olke.az)
MilliYol.Az
Digər xəbərlər
loading...