Daha bir siyasi fəal, Elnur Quliyev Milli Şuranın 8 Aprel mitinqindən sonra oğurlandığını bildirib
O, müxalifətin mitinqindən sonra 3 nəfər naməlum şəxs tərəfindən avtomobilə mindirilib, qaçırıldığını bəyan edib.
Elnur Quliyevin üç gün DTX-da saxlandığı və qeyri-humanist davranışlara məruz qaldığı bildirilir. Milli Şura bir neçə siyasi fəalın mitinq öncəsi və sonrası saxlandığını və müxtəlif təzyiqlərə məruz qaldığını bəyan edib.
Elnur Quliyevin Milli Şuranın 8 aprel mitinqinə çağırışlar etdiyinə, mitinqin təşkil olunmasında iştirakına, və jurnalist fəaliyyətinə görə işgəncələrə məruz qaldığı güman olunur. Onun ailə üzvləri və valideynləri də təhlükədə olduqlarını deyirlər. Respublika Travmotologiya Xəstəxanasından verilən məlumata görə, Elnur Quliyev dünən müayinədən keçərək evə buraxılıb.
Milli Şura bütün həbs olunanlara və Elnur Quliyevə verilən işgəncələrə görə hakimiyyətin məsuliyyət daşıdığını bəyan edib. Siyasi fəalın adının çəkilməsini istəməyən dostları isə onun həyatına artıq bir müddətdir, təhlükə olduğunu deyirlər. Elnur Quliyev özü isə jurnalistlərə indiki məqamda açıqlama verib ailə üzvlərinə əlavə problemlər yaratmaq istəmədiyini deyib.
Qeyd edək ki, Azərbaycanın əsas müxalifəti, Milli Şura, 8 apreldə “Məhsul” stadionunda hakimiyyət əleyhinə mitinq keçirib. Mitinq öncəsi və sonrası bir sıra həbslərin həyata keçirildiyi haqda məlumatlar yayılıb.
MilliYol.az
Digər xəbərlər
loading...