“Azərbaycan dünyada multikulturalizmin, tolerantlığın təşəkkül tapmasına, islam mədəniyyətinin təbliğinə töhfə verib”
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinin nümayəndələri dostluq şəraitində, dövlətin qayğısı ilə yaşayır:
"Dünyada terrorizm tüğyan etdiyi halda, Azərbaycan prezidenti İlham Əliyev dünyada sülhün carçısı kimi çıxış edir. Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi təkcə islam aləmində deyil, islam aləmi ilə digər dinlər arasında da harmoniyanı özündə ehtiva edir. Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini harmoniyaya əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşaya bilər. Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü bir dövlətə çevrilib".
QMİ sədri deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində fəaliyyəti, milli dəyərlərimizlə yanaşı, ümumbəşəri dəyərlərə önəm verməsi Azərbaycanın bu sahədə liderə çevrilməsinə gətirib çıxarıb.
A.Paşazadə həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq səylər nəticə verməsə, Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarmağa hazırdır. Ötən ilin aprel zəfəri buna bariz nümunədir. (trend)
MilliYol.az
Digər xəbərlər
loading...