Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz artıb
O cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb.
Ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Milliyol.Az
Digər xəbərlər
loading...