“Deyirlər, Namiqin dövranı gedib. Bəzi insanlar üçün bu, sevinc hissidir. Mən bazarda çalışırdım. Çörək puluna ehtiyacım var idi. Sənətə gələndə risk etdim, işdən çıxdım. İndi bəhrəsini də görürəm”
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib.
Sənətçi bildirib ki, son günlər gəliri azalıb.
N.Qaraçuxurlu duet oxumamasının səbəbini də açıqlayıb: "O qədər uğurlu duetlərdən sonra qorxuram yenidən bu addımı atmağa. Məsuliyyət daşıyıram. Nə qədər özümü, adımı qoruyuramsa, o qədər az pul qazanıram və ya heç pul qazanmıram. Səviyyəmi qorumasam, qazanaram. Bozbaşlaşsam, haqqımda çox danışılacaq. Səviyyəyə doğru gedəndə adam tamaşaçısını itirir. Səviyyəli verilişlərə də az adam baxır". (axsam.az)
MilliYol.Az
Digər xəbərlər
loading...