Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından bir il keçir
2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər.
Nia.az xəbər verir ki,torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun ildönümü ilə əlaqədar anım günü keçirilib.Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyatin təmsilçiləri məktəblilər, ziyalılar, gənclər iştirak ediblər.
Keçirilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.O,bildirilib ki, Samid İmanov keçən il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsil qəhrəmanlıq göstərətək şəhid olub.
Mərasimdə qeyd olunub ki, Samid Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.
Bildirilib ki, Samid İmanov bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samid İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Qəhrəmanın adı rayon mərkəzi küçələrdən birinə verilib.
Aprel şəhidi Samid İmanovun Neftçalada anım mərasimi keçirilib.
Samid İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət ediblər. Kənd məscidində ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.
MilliYol.az
Digər xəbərlər
loading...