Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 2015-ci ildə siyasi partiyalarla hakimiyyət arasında baş tutan dialoqla bağlı yeni və qalmaqallı detal açıqlayıb
Teleqraf.com-un məlumatına görə, Pənah Hüseyn iddia edib ki, Müsavat partiyasının rəhbərliyi dialoqdan əvvəl Prezident Administrasiyasında təklikdə görüş olmasını təklif edib. Onun sözlərinə görə, bu təklif Prezident Administrasiyası tərəfindən qəbul edilməyib.
AXP sədrinin fikirləri sosial şəbəkədə geniş rezonans doğurub. Müsavat başqanının müavini Elman Fəttah Pənah Hüseynin fikirlərinin həqiqətə uyğun olmadığını qeyd edib: “Mən həmin proses haqda məlumatlı biri kimi deyim ki, Pənah Hüseynin bu iddiası yumşaq desək, həqiqətdən uzaq, yalandır”.
Elman Fəttah deyib ki, əksinə Müsavat görüşdən imtina edib və təkbətək görüş Pənah Hüseynlə olub.
MilliYol.az
Digər xəbərlər
loading...