İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin Rusiya bölməsinin prezidenti Vladimir Novitski Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib
Sülh Platformasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“Mən sülh və birlik istəyirəm, müharibə və intiqam istəmirəm, buna görə hər kəsi silahları endirməyə çağırıram! Bu səbəbdən çox tez bir zamanda qan tökülməsini dayandırıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd etmək istəyirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini vurğulamaq istəyirəm. Həmçinin münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Bir vaxtlar erməni və Azərbaycan xalqlarının, əsrlər boyu sülh içində birgəyaşayışı nəticəsində formalaşan sülh və qardaşlıq münasibətləri olub.
Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Sülh və təhlükəsizlik şəraitində yaşamaq – İnsanın ən ali hüququdur. Yuxarıda qeyd olunan səbəblərə görə, başçılıq etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...