Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.
Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
"Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...