Azərbaycanda ilk dəfə “ UĞURLU QADIN HƏDƏFƏ GEDƏN YOL – SADƏLİKDƏN MÖHTƏŞƏMLİYƏ DOĞRU” xanımların şəxsi inkişafı ilə bağlı möhtəşəm bir seminar keçirildi seminar keçirildi.
Seminarı təşkil edən “ QADIN İNKİŞAF MƏRKƏZİ ”nin rəhbəri insan davranışları üzrə mütəxəssis Gülnarə Tağıyevanın təşəbbüsü ilə keçirildi . Seminarda peqaqoqlar həkimlər iqtisadiyyatcı xanımlar elm xadimlərindən ibarət xanımlar dövlət strukturlarında işləyən ictimayi birliklərin nümayəndələri təşkilat rəhbərləri və bunlarla yanaşı cəmiyyətdə öz mövqeyi olan işgüzar biznesdə uğurlu iş qurucuları ilə fərqlənən xanımlar iştirak etdi.
Gülnarə xanım deyir : Çağdaş dövrün qadını nə istədiyini bilir sadəcə ona uğur qazanması üçün xanımlığını qoruması önəmlidir.Bu yolda isə ailənin və cəmiyyətin dəstəyi olmalıdır! Bunlar olmadıqda Qadının istəkləri sıxışdırılmış olarsa hissləri daxildə batır, ruhu çirklənir, siması eybəcərləşir, ətrafdan və özündən imtina etmiş olur. Qadına dildə yox reallıqda həqiqi azadlıq lazımdır.
Müasir dövrdə əsl qadın kimi qala bilmək bununla yanaşı bizə vacib olan dəyərləri qoruyub saxlamaq elə də asan iş deyil. Bəzən cəmiyyət qadını kişi kimi davranmağa təhrik edir . Belə həyatda da kübar və xoşbəxt olmağı bacarmaq qadının həyatını iki qat ağırlaşdırmış olur. Qadın özünə hər zaman dəstək axtarır bu isə çox zaman uğursuz addımların atılmasına imkan yaratmış olur.
Qadın qarşısına məqsəd qoyubsa, ona mütləq nail olacaq ! Uğurlu insan olmağın iki seçimi var ya əmrə tabe olmaq yada başqa biri olmaq.
BÜTÜN BUNLARI NƏZƏRƏ ALARAQ! Cəmiyyət xanımlarını bir araya topladıq onların uğur hekayələrini dinlədik və xanımlarla bağlı qarşımıza yeni hədəflər qoyduq.Bugün ki gündə cəmiyyətimizə Kübar savadlı əxlaqlı hədəfmeyilli xanımlar lazımdır dövlətimizə dəstək olmağın bir yolu var hər şey qadından başlayır ! Uğurun sirri qayğıkeş ana sevimli həyat yoldaşı və vətənə sadiq xanım olmaqdan qaynaqlanır.Tarixdə də bir çox xanımlar ilkliklərə məhz bu xüsusiyyətlərə sahib olduqları üçün nail olmuşlar.
Məs: Qəmər Almaszadə “ QIZ QALASI “ baleti ilə baletin təməlini qoymuş.Azərbaycanın ilk piyanoçu qadını , muğamlarımızın piyanoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə Qurbanova.
Azərbaycan SSRİ ictimai təminat naziri postunda çalışan ilk qadın nazir.Azərbaycanın ilk marifci qadınlarından biri xeyriyyəçi, tərcüməçi Azərbaycan yazıçılar ittifaqının üzvü Cəlil Məmmədquluqadənin həyat yoldaşı Həmidə Məmmədquluqadə .
Azərbaycan SSRİ – nin əməkdar elm xadimi , tipp elmləri doktoru ,AMEA- nın akademiki ,terapevt oftolmoloq alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi - tədqiqat labarotoriyasını yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin peşə oftalmalogiyasının əsasını qoymuş Zərifə Əliyeva ulu öndər Heydər Əliyevin həyat yoldaşı.
Və bir çox tarixi xanımların uğur hekayələrinə qonaq olduq !
Qonaqlarımız : Suğra Bağırzadə - Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti , "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı. 29 iyun 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru" adına layiq görülmüşdür.
Sevda Tahirli - bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.
Gülnarə Xəlilova - Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. Paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərib. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Şəfa Əfəndiyeva - Baki Musiqi Akademiyasının məzunu, ictimai tv- nin siması, Yeni Dalğa,Yeni Gün, Qadın dünyası,Eurovision xəbərləri,Dünya musiqisinin ulduzları verilişinin aparıcısı.
Leyla Zülfüqarlı - 2008-ci ildə Azərbaycanda ali tibbi təhsilini bitirdikdən sonra "Diyetoloq" olaraq ixtisaslaşmış və 2010-cu ildə Ukraynada Diyetoloqlar Assosiyasıyasının "Школы Диететики " təhsil sistemini bitirir. Bir sıra Beynəlxalq Konfranslarda iştirak etmiş və "İlin Nüfuzlu Həkim Diyetoloqu" nominasiyasına layiq görülmüşdür. Leyla Zülfüqarlı “Diyet Leyla “ proqramını yaratmış və hal- hazırda ATU( Azerbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Xəstəxanasında ve "Grand"Hospitalda həkim dietoloq kimi fəaliyyət göstərir.
MilliYol.Az
Digər xəbərlər
loading...