Demokratik Qüvvələrin Milli Şurası bu gün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.
MilliYol.Az “Report”a istinadən xəbər verir ki, aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış edib. Onlar hakimiyyəti tənqid ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...