Parlament seçkilərindən sonra Ermənistan hakimiyyətindəki aparıcı postlar uğrunda mübarizə dərinləşib.
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, rəqabətin əsasən prezident Serj Sarkiyanın rəhbərlik etdiyi köhnə qvardiya ilə cavan, texnokrat kadarlar arasında getdiyini məlumdur.
Ermənistan mediasının yazdığına görə, hazırda yeni seçilmiş parlamentin spikeri postu uğrunda mübarizə qarşıdurmaya çevrilib. Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentdə aparıcı vəzifələrdə olacaq şəxslərlə bağlı qərar qəbul edib. "Jamanak" qəzetinin məlumatlarına görə, parlamentin sədri vəzifəsi "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin respublikaçı deputatı Karen Karapetyana həvalə olunacaq.
Onun qərarı Karapetyanlar ailəsindən, xüsusilə Samvel Karapetyan tərəfindən baş nazir Karen Karapetyana göstərilən dəstəkdən asılıdır.
Qeyd edək ki, sabiq baş nazir Karapetyan hazırda hakim elitada texnokratların lideri hesab olunur. Hətta o, siyasi reytinqinə görə Serj Sarkisyanı dəfələrlə üstələyir. Ermənistan parlamentar sistemə keçdiyindən baş nazir ali icra hakimiyyətinin rəhbəri hesab olunur. Onun səlahiyyətləri prezidentdən daha yüksəkdir. Hətta müharibə şəraitində baş nazir ali baş komandan səlahiyyətinə malik olur. Ona görə də K.Karapetyanın hökumətin başçısı iddiasından imtina edib spikerlik uğrunda rəqabətə girməsi bir qədər inandırıcı görünmür.
Halbuki, seçkidən öncə hakim Respublika Partiyası qələbə qazanacağı təqdirdə baş nazir vəzifəsinə Karen Karapetyanı irəli sürəcəyini bəyan etmişdi. Karapetyan Əsgəran rayonunda anadan olduğundan onun hakim Qarabağ klanı arasında nüfuzu yüksəkdir. Eyni zamanda sabiq prezident Robert Koçaryanın da onunla münasibətlərinin yaxın olduğu bildirilir. Karen Karapetyan baş nazir kürüsünü bir halda güzəştə gedə bilər. Serj Sarkisyanın prezident vəzifəsindən vaxtından əvvəl istefa verib baş nazirliyə namizədliyini irəli sürərsə, K.Karapetyan üçün ciddi maneəyə çevriləcək. Çünki gələn il prezidentlik müddəti başa çatan Serj Sarkisyanın baş nazir postuna iddiasını gerçəkləşdirmək üçün ən azı bir il gözləməsi lazımdır. Həmin vaxt onun bu planını reallaşdıra biləcəyinə isə təminat yoxdur.
Çünki hazırda cavan, texnokrat kadrların sayı hakimiyyət eşalonunda sürətlə artır. Bu da öz növbəsində Birinci Qarabağ Müharibəsindən sonra, yəni 1990-cı illərin ortalarında hakimiyyətə gəlmiş şəxslərin siyasi səhnədən sıxışdırılması ilə müşahidə olunur. Ona görə də Serj Sarkisyanın yaxın vaxtlarda prezident postundan istefa verib, baş nazirlik uğrunda mübarizəyə qoşulacağı istisna edilmir. Yəni S.Sarkisyan istefa verərsə, bu il Ermənistanda növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Baş nazirlik postuna əsas namizədlərdən biri kimi hakim partiya daxilində hazırki müdafiə naziri Viqen Sarkisyanın adı çəkilir. Lakin o, siyasi reytinqinə görə Karen Karapetyandan xeyli geridə qalır. Ona görə də Karapetyanın hökumət rəhbəri postunu V.Sarkisyana güzəştə gedəcəyi real görünmür. Viqen Sarkisyanın adı həm də parlamentin spikerliyinə əsas namizədlərdən biri kimi çəkilir. Ermənistan mediasının məlumatına görə, V.Sarkisyan spikerlik iddiasında olmadığını və müdafiə naziri kimi qalıb işləmək arzusunu dilə gətirib.
“Past” xəbər portalı isə yazır ki, Şirak vilayətindən deputat seçilmiş sabiq qubernator Feliks Salokyan böyük ehtimalla yaxın zamanlarda Ermənistan Milli Məclisinn sədri seçiləcək. Müxtəlif vəzifələrdə işləmiş Salokyan öz prinsipiallığı ilə tanınır.
“Jamanak” onu da xəbər veriri ki, Respublika Partiyasının vitse-spikeri Armen Aşotyan çox güman ki, Respublika fraksiyasının rəhbəri, Eduard Şarmazanov Ermənistan parlamentinin vitse-spikeri, Samvel Farmanyan AŞPA-da Ermənistan nümayəndəliyinin rəhbəri vəzifəsində olacaq.
Prezident Sarkisyanın isə parlament seçkilərində ikinci yeri tutmuş “Tsarukyan” blokunun lideri Qagik Tsarukyanla görüşərək ona koalision hökumətin formalaşdırmağı təklif etdiyi bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...