"Belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır"
Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müavini Novruz Məmmədov Suriya rejiminin dinc əhaliyə qarşı kimyəvi silah işlətməsi, ABŞ-ın buna cavab olaraq bu ölkədəki hərbi bazanı bombalaması fonunda dünyada gedən son siyasi proseslərə münasibət bildirib.
MilliYol.Az xəbər verir ki, N.Məmmədov bu barədə "Twitter" hesabında yazıb:
“Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək yeni mərhələyə qədəm qoyur. Beynəlxalq birliyin əsas aktyorları müxtəlif bəyanatlar və təkliflər versələr də, çağırışlar etsələr də nəticəsi yoxdur. Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır”.
Qeyd edək ki, ABŞ-ın bu addımı birmənalı qarşılanmayıb. Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Polşa, İsrail, Avstraliya kimi ölkələr ABŞ-ı dəstəkləsələr də, Rusiya və İran qarşı cəbhədə yer alıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...