Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərim (Kərim Novruzov) artıq palataya köçürülüb.
Bu barədə lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.
O bildirib ki, dünən günortadan sonra onun səhhətində yaxşılaşma hiss olunub: “Dünən reanimasiyadan çıxardılıb, palataya köçürülüb. Özünü çox yaxşı hiss edir. Ayağa da qalxıb. Huşunu da itirməyib. Hamımızı tanıyır, söhbət edir”.
Ağakərimin bacısı oğlu bildirib ki, meyxanaçı yaxın günlərdə evə buraxılacaq: “Həkimdən olsa günü sabah onu ev buraxar. Sadəcə biz istəyirik 3-4 gün palatada qalsın. Tamam sağalsın, sonra evə aparaq”.
O, həmçinin bəzi saytların tiraj xətrinə yalan xəbərlər yazmasına da etiraz edib: “Səhərdən mənim də, dayımın da telefonu dayanmır. Yalan xəbər yazmasınlar, dayım sağ-salamatdır”.
Qeyd edək ki, bu gün bəzi KİV-lər meyxanaçı Ağakərimin dünyasını dəyişdiyi barədə məlumat yayıblar.
Xatırladaq ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.
MilliYol.Az
Digər xəbərlər
loading...